Su ehtiyatlarının keyfiyyətinin qiymətləndirilməsi istiqamətində analizlər aparılır


Yeraltı su ehtiyatlarının mövcud vəziyyətinin öyrənilməsi, səviyyə və rejim dəyişikliklərinin izlənilməsi, eləcə də yeraltı sular haqqında məlumatların dəqiqləşdirilməsi məqsədilə hidrogeoloji müşahidə quyularının monitorinq şəbəkəsinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Bu məqsədlə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Monitorinq şöbəsi tərəfindən mövcud hidrogeoloji quyuların texniki vəziyyəti qiymətləndirilir, monitorinq üçün yararlı quyular müəyyən edilir, istismara yararsız və ya qismən yararlı quyularda əsaslı təmir və bərpa işləri həyata keçirilir.

Görülən işlər hidrogeoloji müşahidə şəbəkəsinin genişləndirilməsinə, yeraltı suların səviyyə və rejim göstəriciləri üzrə daha dolğun və etibarlı məlumatların əldə edilməsinə, məlumat bazasının dəqiqləşdirilməsinə və yeraltı su ehtiyatlarının vəziyyətinin daha effektiv monitorinqinə imkan yaradacaqdır.